Bakıda daha bir marşrut avtobusu qəza törətdi- 5 yaralı

bakida-daha-bir-marsrut-avtobusu-qeza-toretdi-5-yarali
Oxunma sayı: 652

166 saylı xətt marşrutu ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu idarəetməni itirərək hamamın divarına çırpılıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 166 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu bu ay ikinci dəfədir ki, ağır qəza törədir.