Bakıda daha bir qumarxana tapıldı

bakida-daha-bir-qumarxana-tapildi
Oxunma sayı: 651

Bakıda internet klubların birində qumarxana müəyyən edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, qumarxana Sabunçu rayonu ərazisində aşkar edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Sabunçu rayonu ərazisindəki internet klubların birində Abşeron rayonunun Qobu qəsəbə sakini Naib Hüseynovun “on-line” sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib.

Baxış zamanı internet klubda qumarda əldə edilmiş 297 manat pul, 14 ədəd kopüter dəsti və 1 ədəd server-prosessor aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.