Bakıda daha bir yol bağlandı

bakida-daha-bir-yol-baglandi
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirlib ki, bu gün səhər saatlarından asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq Azadlıq prospektinin Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişmədən tunelin girişinədək olan hissəsi bağlanıb.

Həmin ərazidə nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib.
Təmir işlərinin nə zaman başa çatacağı hələlik məlum deyil.