Bakıda daha bir yol qəzası - 1 ölü, 3 yaralı

bakida-daha-bir-yol-qezasi
Oxunma sayı: 1515

Pirallahı qəsəbəsinin girişində yük avtomobili ilə minik maşını toqquşub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəza nəticəsində bir nəfər kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

3 nəfər Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən müayinə olunur. 3 nəfərdən birinin vəziyyəti ağır qiymətləndirilir. Həkimlər onu Təcili Tibbi Yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına aparıblar.