Bakıda daha bir zavodda partlayış - Fotolar + Video

Bakıda daha bir zavodda partlayış
Oxunma sayı: 15644

Paytaxtın Xətai rayonunda, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Radioquraşdırma zavodunda partlayış baş verib.

“Qafqazinfo”nun hadisə yerində olan müxbirinin verdiyi məlumatına görə, əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.

İnsanlar əraziyə yaxın buraxılmır.

Partlayışın səbəbi bilinmir.

Qeyd edək ki, “Radiozavod” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb. 1984-cü ildə “Radiozavod” “Robot” zavodu ilə birləşdirilərək “Radioquraşdırma” Bakı İstehsalat Birliyi adlandırılıb.

2006-cı ildən zаvоd Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tаbеliyində fəaliyyət göstərir.

Xatırladaq ki, bu gün Nərimanov rayonunda Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda yanğın baş vermişdi.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.

***

Yaxınlıqdakı binaların sakinlərinin bildirdiyinə görə, partlayış o qədər güclü olub ki, binalar silkələnib. Bəziləri təşvişə düşərək nə olduğunu anlmayıb və qaçaraq binadan çıxıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi