Bakıda dəhşətli qəza

bakida-dehsetli-qeza
Oxunma sayı: 643

ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Sabunçu bazarı yaxınlığında 93 saylı avtobusla, 204 saylı avtobus toqquşub. Qəza nəticəsində 17 nəfər yaralanıb.

Qəzanın baş verməsinə 93 saylı avtobusun 204 saylı avtobusun yoluna çıxması səbəb olub. İçərisində sərnişin dolu olan 204 saylı 10 TB 634 dövlət nömrəli nişanlı avtobusun sürücüsü də xəsarət alıb. Lakin 93 saylı avtobusun sürücüsü maşının dövlət nömrə nişanını çıxararaq hadisə yerindən qaçıb.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, yaralılardan hələlik 8 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri azyaşlıdır.