Bakıda dəhşətli qəza - 2 ölü, 2 yaralı + Yenilənib

bakida-dehsetli-qeza
Oxunma sayı: 11775

Bakıda dəhşətli qəza baş verib.

"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, "Lexus" orta yolda hərəkət edən 99 EL 341 dövlət nömrə nişanlı "Opel" markalı avtomobili arxadan vurub. Zərbədən "Opel" orta yoldan çıxaraq köməkçi yola düşüb.

Köməkçi yolda isə "Opel" daha iki maşına dəyib.

Hadisə zamanı "Opel"də olan hər iki sərnişinin öldüyü deyilir. 

***

Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, hazırda Heydər Əliyev prospektində-metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir. Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza nəticəsində ölən 2 nəfərdən başqa daha 2 nəfər yaralanıb. Onlar 44 yaşlı Manafov Rəhim və 36 yaşlı Əmircanov Kamildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova saytımıza bildirib ki, yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.