Bakıda dəhşətli yanğın - - Fotolar+Videolar+ Yenilənib

bakida-dehsetli-yangin-
Oxunma sayı: 9299


Hazırda paytaxt Bakıda güclü yanğın başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və foto yayımlanıb. Yanğın Hökümət evinin arxasındakı yeni tikilidədir.

***

Virtualaz.org saytının hazırda həmin ərazidə olan müxbiri bildirir ki, Üzeyir Hacıbəyli küçəsi, 75-89 ünvanında baş verən yanğına görə mərkəzi küçədə nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerinə yanğınsöndürən maşınlar axışıb. Amma yanğın davam edir. Binanın bir tərəfi tamam alovlar içindədir. 

***

Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov, 2 ünvanındakı binada qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb. Yanğınsöndürən briqadaları hadisə yerinə gediblər. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından daha sonra bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.

***

Yanğın binanın havalandırılma sisteminin nasazlığından yarandığı ehtimal edilir. 

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın artıq lokallaşdırılıb.

***
Fövqəladə Hallar Nazirliyinin ən son məlumatına görə, yanğın artıq söndürülüb.

Qeyd edək ki, videolar Musavat.com-a məxsusdur.