Bakıda dəhşətli yol qəzası - Dörd nəfər öldü, biri tanınmaz haldadır+ Video+ Yenilənib

bakida-dehsetli-yol-qezasi
Oxunma sayı: 17898

Bakıda Nobel prospektində bir qədər öncə dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai Elantra” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza səbəbindən prospektdə böyük tıxac yaranıb.

Qeyd edək ki, qəza barədə məlumatı və görüntünü müğənni Elvin Abdullayev İnstaqram hesabında paylaşıb.

***

“Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub”.

Bunu “Report”a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: “Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.