Bakıda dənizdə batan şəxs xilas olunub

bakida-denizde-batan-sexs-xilas-olunub
Oxunma sayı: 641

“Qafqazinfo” FHN-nin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1993-cü il təvəllüdlü bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.