Bakıda dənizə düşən şəxs xilas edildi

bakida-denize-dusen-sexs-xilas-edildi
Oxunma sayı: 948

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

“Qafqazinfo”nun FHN-ə istinadən xəbərinə görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.