Bakıda doğranmış meyitin kimliyi bilindi - Qatili qadın imiş

Bakıda doğranmış meyitin kimliyi bilindi
Oxunma sayı: 10909

Fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət tullantıları qutusunda hissələrə bölünmüş vəziyyətdə tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi