Bakıda doğum evi bağlandı

bakida-dogum-evi-baglandi
Oxunma sayı: 1500

Respublikanın baş pediatrı Nəsib Quliyev açıqlamasında doğum evinin bağlanmasını təsdiqlədi. Baş pediatrın sözlərinə görə, dövlət tərəfindən xəstəxananın əsaslı təmiri üçün vəsait ayrılıb. Buna görə də doğum evi tam şəkildə təmirə bağlanıb.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirib ki, doğum evi təmirə dayandırılıb: "Doğum evinə qəbul dayandırılıb. Xəstəxanada olanlar profillərinə uyğun olaraq başqa səhiyyə müəssisələrinə köçürülüblər". 

Nazirlik rəsmisi qeyd etdi ki, doğum evi əsaslı təmir olunacaq.