Bakıda dönərxanadan ürəkbulandırıcı görüntü - Dönər alarkən bir də fikirləşin + Video

Bakıda dönərxanadan ürəkbulandırıcı görüntü
Oxunma sayı: 2770

Bakıda dönərxanalardan birində çəkilən görüntü dönər satılan obyektlərdəki acınacaqlı vəziyyəti gündəmə gətirib.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, kadrlarda siçanlar dönər aparatının üzərində gəzişir və orada olan ət qırıntılarını yeyir.

Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.

Görüntülər paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan birinin qarşısında çəkilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra qarşısı alınmaz yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər

Ziyəddin Kazımov əlavə etdi ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.

O ki, qaldı belə hallara yol verən şəxslərin cərimələnməsinə, Ziyəddin Kazımov deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, sahibkarları 100-200 manat məbləğində cərimə gözləyir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi