Bakıda dörd avtomobil toqquşdu

bakida-dord-avtomobil-toqqusdu
Oxunma sayı: 647

Qəza nəticəsində dörd avtomobil – “Subaru”, “Audi”, “Jiquli” və “Azsamand” markalı avtomobillər qəzaya uğrayıb. İlk qəzanı törədən “Subaru” və “Audi” avtomobilləri olub. Belə ki, “Audi” Xaqani küsəsi ilə, “Subaru” isə Bülbül prospekti ilə hərəkətdə olub. Onların eyni işıqforda qarşılaşması sonradan hərəkətsiz olan iki avtomobilə də ciddi ziyan vurub. Hadisə zamanı ziyan görən eyni zamanda yol ayrıcındakı işıqfor olub. Qəzaya uğrayan avtomaşınlar onu da yararsız vəziyyətə salıb.

Avtoqəza nəticəsində xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb. Hadisənin baş verdiyi ünvana Səbail rayon polis idarəsi 39-cu polis bölməsinin əməkdaşları və həmçinin yol patrul xidməti müfəttişləri cəlb olunub. Qəzaya uğrayan avtomobillərə baxış keçirilib və sürücülərin ilkin ifadələri alınıb. İlkin olaraq hansı sürücünün yol qəzasına səbəb olduğu, yəni işıqforun qadağanedici işığında hərəkət etdiyi məlum olmasa da, polis bu istiqamətdə araşdırmaları davam etdirir. İş üzrə müvafiq ekspertizaların təyin ediləcəyi də istisna olunmur.

anspress