Bakıda dörd KamAZ toqquşdu- - 1 ölü, 3 yaralı+Fotolar

bakida-dord-kamaz-toqqusdu-
Oxunma sayı: 1272


“Qafqazinfo” xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, DYP postu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Dörd KamAZ markalı yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 Qəzaya səbəb daşla yüklü olan KamAZ-ların önündə gedən maşının idarəetməni itirməsi olub.

Hadisə nəticəsində Bakı-Qazax yolunda böyük tıxac yaranıb. DYP əməkdaşları avtomobillərin hərəkətinin bərpası üçün səylər göstərir.