Bakıda dövriyyədə saxta pullar var – - Diqqət!

bakida-dovriyyede-saxta-pullar-var-
Oxunma sayı: 3684


Bu barədə “Qafqazinfo”ya Nərimanaov rayon ərazisindəki “Saf” ticarət mərkəzi qarşısnda dayanan taksi sürücüləri deyib. Məlumata görə, son 10 gün ərzində onlara bir neçə dəfə saxta pul əskinasları təqdim olunub. Dəstə üzvləri əsasən gecə saatlarında “işə” başladığından sürücülər əskinasın saxta olub-olmadığını təyin edə bilmirlər. Yalnız ertəsi gün məlum olur ki, əslində onlara təqdim olunan 20 və 50 manatlıq əskinaslar saxtadır. Belə hallardan biri də taksi sürücüsü Qara Qarayevin başına gəlib. 

O, “Qafqazinfo”ya açıqlamasında dəstə üzvlərindən birinin zahiri görünüşünü də təsvir edib: “Təxminən 45-50 yaşlı kişi idi. Axşam təxminən 11-də maşına minib Montin bazarının yanına getmək istədiyini dedi. Düşəndə 20 manatlıq verdi və mən də ona 16 manat qaytardım. Ertəsi gün məlum oldu ki, pul saxtadır. Dayanacaq kimi istifadə etdiyimiz əraziyə gələndə isə öyrəndim ki, digər sürücülərə də saxta pullar verilib”. 

Q.Qarayev məsələ ilə bağlı Nərimanov rayon Polis Şöbəsinə şikayət ərizəsi təqdim edib. Polis şöbəsində sürücüyə şəkil göstərilib və o da həmin şəxsi tanıyıb. Eyni hadisə dünən də baş verib. Gecə saatlarında 45-50 yaşlı kişi “Saf” ticarət mərkəzinin qarşısında taksiyə minib. 7 saylı doğum əvinin yaxınlığında maşından düşərkən sürücüyə 20 manatlıq əskinas təqdim edib. Sürücü də öz növbəsində 15 manat qalıq qaytarıb. Eyni gündə digər taksi sürücülərinə də saxta pullar verilib. Onlardan yalnız biri əskinasın saxta olduğunu müəyyən edərək pulu geri qaytarıb.