Bakıda əcnəbi sürücü piyadanı vurdu

bakida-ecnebi-surucu-piyadani-vurdu
Oxunma sayı: 839

Bakıda xarici vətəndaş piyadanı vurub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.

Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü İbrahim Tayat Fehmi işlədiyi şirkətə məxsus "İsuzu" markalı 90 JN 116 nömrəli yük maşını ilə Azadlıq prospektində hərəkətdə olarkən yolu keçən piyada, 1939-cu il təvəllüdlü Aydın Abdullayevi vurub. Piyada qapalı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Murad Əhməd