Bakıda əhaliyə paylanılan vərəqələrlə bağlı – Rəsmi açıqlama

bakida-ehaliye-paylanilan-vereqelerle-bagli-resmi-aciqlama
Oxunma sayı: 646

QMİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı şəhərinin müxtəlif yerlərində xüsusi hazırlanmış vərəqələr insanlara paylanır və əvəzində müəyyən maddiyyat umulur.

Vərəqləri paylayaraq maddi vəsait toplamağa cəhd edənlər bunu guya Əjdərbəy məscidində kasıb insanlar üçün ehsan mərasimi düzənləmək məramı ilə həyata keçirdiklərini iddia edirlər.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti olaraq bildiririk ki, bu, həqiqətə uygun olmayan bir məsələdir və burada Əjdərbəy məscidinin adının hallandırılmasından təəssüf hissi keçiririk. Belə ki, Əjdərbəy məscidi kasıb insanlara yardımı hər zaman yalnız öz daxili imkanları hesabına gerçəkləşdirir.