Bakıda ən bahalı torpaq

bakida-en-bahali-torpaq
Oxunma sayı: 647

“Əmlak Bazarı İştirakçılar” İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalıb. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində mövsüm üçün xarakterik olmayan durğunluq davam edib.

Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı və Bakı şəhərində həyata keçirilən tədbirlər planı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha da genişlənməkdə davam edib.

Avqustda bazara təklif olunan ümumi 777,5 ha torpaq sahəsinin 78,6 faizini boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin azalmasına və şəhərin mərkəzində torpaq sahələrinə tələbin artımına baxmayaraq bazarda orta qiymət azalması davam edib (0.4 faiz).

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası avqust ayında tikinti tempinin kəskin azalması hesabına xeyli zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşmasına baxmayaraq, bütün zonlarda tələb və təklifin strukturunun dəyişməsi ilə bağlı qiymətlər azalıb. Söküntü işlərinin azalmasına baxmayaraq I və II zonalarda torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0.7 faiz artıb.

Avqust ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıbdır. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 13892 $/sot səviyyəsindən 0,4 faiz azalaraq 13836 $/sot təşkil edib. Qiymət azalmasının əsas səbəbi ay ərzində tələbin kəskin azalması ilə bağlı olub.

Ay ərzində şəhərin bütün zonalarında qiymət azalması müşahidə edilib.

Zоnalar Qiymətlər, $/sоt Qrta qiymət dəyişməsi, %

I zоna 171075 -0
II zоna 96114 -0
III zоna 18422 -0,3
IV zоna 3411 -0,4

Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin düşməsinə səbəb olub. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə artıb. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini nisbi azaldıb. Buna baxmayaraq fərdi-yaşayış evlərinin və torpaq sahələrinin sənədləşdirilməsindəki problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən atılan addımlar torpaq üzərində aparılan əməliyyatlara mənfi təsir göstərib.

Avqust ayında rayonlar üzrə qiymət artımı baş verməyib. Xəzər və Sabunçu rayonlarında cüzi qiymət azalması baş verib (müvafiq olaraq 0,1 və 0.2 faiz). Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonlarını aid etmək olar. Ən passiv rayon isə Nəsimi rayonudur.

Avqust ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 250 min $sot Nəsimi (Təzə Bazarın yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.