Bakıda ən çox hansı yolda qəza olur?

Bakıda ən çox hansı yolda qəza olur?
Oxunma sayı: 1016

Bakıda 2017-ci ilin 9 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələri, əsasən, günün günorta və axşam saatlarında, daha dəqiq desək, saat 13:00-dan 18:00-dək və 20:00-dan 24:00-dək qeydə alınıb. Yəni 76 nəfərin öldüyü, 203 nəfərin isə xəsarət aldığı 245 hadisə məhz bu saatlarda baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Bölmə rəisi qeyd edib ki, əvvəlki illərdə hadisələr, əsasən, daha çox şənbə və bazar günləri baş verirdisə, bu il onların sayı həftənin bütün günlərində təxminən eyni olub.

V.Əsədov qəzaların şəhərin, əsasən, hansı yollarında baş verdiyini də açıqlayıb: "Baş vermə yerinə görə hadisələr yenə də ən çox Ziya Bünyadov, Heydər Əliyev, Azadlıq, Qara Qarayev, Neftçilər, Nobel prospektlərində, eləcə də Şəhər şossesi, Bakı-Mərdəkan şossesi, Mərdəkan-Buzovna yolu, Bakı Dairəvi və Salyan yollarında qeydə alınıb".

Qeyd edək ki, 2017-ci ilin 9 ayı ərzində Bakıda 450 yol qəzası baş verib, nəticədə 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi