Bakıda ər arvadına 6 bıçaq zərbəsi vurub - Video

Bakıda ər arvadına 6 bıçaq zərbəsi vurub
Oxunma sayı: 1429

Bakıda bıçaqlanma olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qanlı hadisə Bakının Yasamal rayonunda baş verib.

Məlumata görə, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti kafi qiymətləndirilir.

Müəyyən edilib ki, 29 yaşlı qadın yaşadığı Zərdabi küçəsindəki evdə həyat yoldaşı ilə mübahisə edib. Münaqişə nəticəsində qadının 6 bıçaq xəsarəti aldığı deyilir.

Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi