Bakıda “ərəb” ləqəbli narkotacir saxlanıldı

bakida-ereb-leqebli-narkotacir-saxlanildi
Oxunma sayı: 1279

Bakı şəhər sakini əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Səbail RPİ və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan T.Mirzəyevin əlində olan bağlamaya baxış keçirilən zaman narkotik vasitələr olan 1 kiloqram 2 qramheroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. O, narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib.

T.Mirzəyev ifadəsində narkotik vasitəni əldə etdiyi şəxslə bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində tanış olduğunu bildirib. Qeyd edək ki, T.Mirzəyev narkotik vasitələri öz adından yox, “ərəb” ləqəbindən istifadə edərək satırmış.
T.Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.