Bakıda ərəb turist kanalizasiya quyusuna düşdü - Video

bakida-ereb-turist-kanalizasiya-quyusuna-dusdu
Oxunma sayı: 4309

Bakının Nizami küçəsində maraqlı hadisə yaşanıb.

"Qafqazinfo" "Azxeber.com”a istinadən xəbər verir ki, hadisə Bakıya səyahət edən ərəbəsilli turistin başına gəlib. Görüntülərdə ərəb turistlə telefonunu tapan taksi sürücüsünün dialoqu ilk növbədə müşahidə olunur. Ərəb turist telefonunu tapan taksi sürücüsünə 50 manat mükafat verir. Taksi sürücüsü isə bu məbləğin az olmasını iddia edərək onu götürmür. Bu zaman ərəb turist arxadakı üstü açıq kanalizasiya quyusunu görmür və nəticədə onun içinə düşür.

Ətrafdakı insanların köməkliyi ilə quyudan çıxarılan turist ölümdən dönür.