Bakıda ərəb turist maşınla 6 yaşlı uşağı vurdu

bakida-ereb-turist-masinla-6-yasli-usagi-vurdu
Oxunma sayı: 1834

Bakının Nəsimi rayonunda uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Vaqif küçəsi, 5 ünvanında qeydə alınıb.

Milliyyətcə ərəb turist kirələdiyi “KİA sorento” markalı avtomobillə 2013-cü il təvəllüdlü Səlimov Səlim Arıf oğlunu vurub. Hadisə nəticəsində uşaq ağır xəsarət alıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına gətirilib, dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.