Bakıda əcnəbi vətəndaşın hotel otağından oğurluq olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə “İrşad” hotelində qeydə alınıb. Mehmanxanada turist kimi qalan Səudiyyə Ərəbistanı vətəndaşı, 1992-ci il təvəllüdlü Navaf Fahad soyulub.
Belə ki, oğru əcnəbi vətəndaşın 1700 manatını aparıb.
Murad Əhməd