Bakıda ərəblərin başına iş gəldi

bakida-ereblerin-basina-is-geldi
Oxunma sayı: 3183

Bakıda ərəblərin yaşadığı mənzilə basqın olub. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, Səudiyyə Ərəbistan vətəndaşı Albaba Ali Hüssain A dünən Səbail RPİ-yə ərizə ilə müraciət edərək avqustun 4-ü, axşam 11 radələrində kirayə qaldıqları mənzilə tanımadıqları 3 şəxsin girdiyini bildirib. 

Onun sözlərinə görə, həmin şəxslər o və dostu Al Saeed Muhammed Abdulkaheemin əl-ayağını, ağızlarını “skoç”la bağlayaraq evdən 5 ədəd telefon, 1700 manat pul götürüb qaçıblar.

Faktla bağlı soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Hənifə Bayramzadənin icraatına verilib, istintaq davam etdirilir.

Murad Əhməd