Bakıda ərəblərin qaldığı ev yandı - Fotolar

bakida-ereblerin-qaldigi-ev-yandi
Oxunma sayı: 6758

Bakıda daha bir yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, saat 22:45-də Nizami rayonu, 47 ünvanında dörd mərtəbəli binada yanğın başlayıb.

Əraziyə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

***

İnsident nəticəsində 20-yə yaxın sakin təxliyə olunub.

İlkin ehtimala görə, yanğına səbəb qısa qapanma olub. Yaşayış binasının dördüncü mərtəbəsində başlayan yanğın dam örtüyünə keçib.

Hadisə yerində 5 yanğınsöndürən maşın işləyir.

***

Məlumata görə, yanğının başladığı mənzil ərəblərə kirayə verilib.

***

Yanğın söndürülüb.