Bakıda ət ucuzlaşıb? - Video

Bakıda ət ucuzlaşıb?
Oxunma sayı: 3808

Bir neçə gündür ki, Bakıda dana və quzu ətinin qiymətinin ucuzlaşdığı bildirilir. Belə ki, 11-12 manata təklif edilən dana ətinin qiymətinin 10 manat, 13 manata təklif edilən quzu ətinin qiymətinin isə 11 manatda qərarlaşdığı qeyd olunur.

“Qafqazinfo” ucuzlaşma xəbəri ilə bağlı şəhərin bir neçə ət kəsimi məntəqəsində və bazarlarda olub. Satıcılar ucuzlaşma haqda məlumatların doğru olmadığını bildiriblər. Onların sözlərinə görə, regionlarda quzu ətinin qiyməti aşağı düşmədiyi halda, ətin ucuzlaşmasından söz gedə bilməz. 

Odur ki, hazırda ət kəsimi məntəqələrində və bazarlarda mal ətinin qiyməti 11 manata, quzu əti isə 12 manata təklif olunur. 

Günel Hacı

Video: Nuran Məmmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi