Bakıda “Eurovision-2012”yə görə daha bir mətbuat mərkəzi açıldı

bakida-eurovision-2012ye-gore-daha-bir-metbuat-merkezi-acildi
Oxunma sayı: 653

Bunu mərkəzin koordinatorlarından Leyla Mustafayeva bu gün keçirilən təqdimat mərkəzində bildirib. Onun sözlərinə görə, İP-in Koordinasiya Şurasının qərarı ilə yaradılan Mərkəz kompüter və internet xidməti ilə təchiz olunub: “Müraciət edən jurnalistlərlə işləmək üçün müxalifət və bitərəflərdən ibarət komanda yaradılıb”.

Mərkəzin digər koordinatoru Razi Nurullayev isə bildirdi ki, “Eurovision-2012”ni işıqlandırmaq üçün Azərbaycana gələn xarici jurnalistlərin çoxu müxalifət liderlərindən müsahibə götürmək üçün müraciət edirlər: “Biz bu tələbi ödəmək üçün mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərəcəyik. Bir də ölkə barədə həqiqətləri əks etdirən məlumatlar bir mərkəzdən yayılacaq. Azərbaycanla bağlı alternativ fikir eşitmək istəyən xarici jurnalistlər bu mərkəzin fəaliyyətindən istifadə edə biləcək”.
İP “Eurovision” yarışması yekunlaşana kimi ictimai-siyasi məzmunlu mətbuat konfransları keçirəcək, Azərbaycan və ingilis dillərində gündəlik press-relizlər yayımlayacaq.
Mayın 17-də saat 12:00-da Mərkəzdə İP-in Qadınlar Şurasının təşkilatçılığı ilə ilk mətbuat konfransı keçirilib. Mətbuat konfransının mövzusu qadınların İP-in 14 may aksiyasında polis zorakılığına məruz qalması ilə bağlı olub.
Mətbuat konfransında AXCP sədrinin müavini, İP-in Qadınlar Şurasının sədri Gözəl Bayramlı bildirib ki, zorakılıqla bağlı faktları toplanılıb məhkəməyə müraciət olunacaq: “10-dan çox qadın zorakılığa məruz qalıb. Biz hər biri üçün 10 min avro təzminat tələb edəcəyik”.
Mətbuat konfransında çıxış edən Müsavatçı Qadınlar Birliyinin sədri Vəfa Cümşüdlü polis zorakılığına dair faktları açıqladı. Zorakılığa məruz qalan qadınlar döyülmə zamanı aldıqları xəsarətləri nümayiş etdirdilər.
Qeyd edək ki, mətbuat konfransına ATƏT-in Bakı ofisinin nümayəndələri də qatılmışdı.

musavat.com