Bakıda ev partladı

bakida-ev-partladi
Oxunma sayı: 642

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evində dağıntı ilə nəticələnən partlayış hadisəsi baş verib. Yanğın hadisəsi olmayıb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Partlayış nəticəsində evin bir hissəsi uçub. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və yanğın bölmələri hadisə yerinə cəlb olunublar