Bakıda ev partladı

bakida-ev-partladi
Oxunma sayı: 637

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilində partlayış nəticəsində mənzilin eyvanının arakəsmə divarları və pəncərə çərçivələri dağılıb, hadisə zamanı evdə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, yanğın hadisəsi olmayıb.

Yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb edilən xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 21:54-də başa çatıb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.