Bakıda ev sahibi kirayənişinin pulunu oğurladı

bakida-ev-sahibi-kirayenisinin-pulunu-ogurladi
Oxunma sayı: 1944

Bakıda kirayənişinin pulunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 15-də Yasamal rayonu ərazisində əcnəbi vətəndaş Qulamrza Mohammədli Təhmayibinin kirayədə yaşadığı evdə 2500 manat pulu oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən evin sahibi, Bakı şəhər sakini Rəşad Cəfərov saxlanılıb.