Bakıda ev yandı

bakida-ev-yandi
Oxunma sayı: 634

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli dördotaqlı evin bir otağının, dəhlizinin yanar konstruksiyaları və əşyaları 32 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.