Bakıda ev yanıb külə döndü

bakida-ev-yanib-kule-dondu
Oxunma sayı: 672

Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat verib. Onlar bildiriblər ki, yanğın saat 15:00 radələrində başlayıb və alovlar dərhal bütün evi bürüyüb. Yanğını görən sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat veriblər. "Lakin yanağın başlayandan bir saata yaxın vaxt ötsədə, yanğınsöndürənlər gəlməyib".
Hadisə şahidlərinin sözlərinə görə, yanğın artıq bütün evi bürüyüb və demək olar ki, evin çox hissəsi yanıb külə dönüb. İlkin məlumata görə, evdə insan olmayıb.

Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın barədə onlara məlumat saat 15:28 radələrində çatıb. Elə həmin dəqiqə də, ən yaxın yanğınsöndürən məntəqədən 3 maşın hadisə yerinə yollanıb.

“Əlbəttə, sakinlər, vətənaşlara yanğın zamanı 10 dəqiqə 1 saat kimi görünə bilər. Əslində bunu başa düşmək də olar. Onların evi, yaxud qonşularının evi yanır və onlara müddət uzun görünür. Lakin bizim əməkdaşlar artıq hadisə yerinə çatıblar. Lakin yolun uzun olması və yolların çala-çuxur olması vaxtı bir az uzada bilər”.