Bakıda ev yanıb - Xəsarət alan var

bakida-ev-yanib
Oxunma sayı: 904

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan yanıb.

Yanğın zamanı ev sahibi tüstüdən yüngül zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.