Bakıda evakuator qaydanı belə pozdu - Video

Bakıda evakuator qaydanı belə pozdu
Oxunma sayı: 1664

Bakının “Memar Əcəmi” metrostansiyası yaxınlığında evakuator yol hərəkəti qaydalarını pozub.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, yolun kənarında dayanan avtomobili cərimə meydançasına aparmaq istəyən evakuatorun sürücüsü özü də qaydalara əməl etməyib.

Belə ki, sayrışan işıqları qoşmayan evakuatorun sürücüsü yolun əks istiqamətində dayanaraq avtomobili yük hissəsinə qaldırmağa çalışır. Videonu göndərən sakinlər iddia edirlər ki, həmin ərazidə saat 09:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinə yolun kənarında dayanmağa icazə verilir. Evakuator sürücüsünün bu hərəkəti yolda avtomobillərin hərəkətinə də mane olur.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi