Bakıda evdə partlayış - 2 yaşlı körpə öldü

bakida-evde-partlayis
Oxunma sayı: 3623

Binədə, Hövsan südçülük sovxozunda evdə partlayış baş verib.

"Qafqazinfo" xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici məhlul (rastvoritel) töküb. Nəticədə odun sobası partlayıb və qadının özü, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İki yaşlı M.Əliyev isə dünən xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.