Bakıda evdə partlayış - Xəsarət alanlar var

bakida-evde-partlayis-xesaret-alanlar-var
Oxunma sayı: 655

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, partlayış beşotaqlı evin 1-ci mərtəbəsindəki mətbəxdə baş verib.

Nəticədə mətbəxin pəncərə çərçivələri, 1 otağın qapısı, 2-ci mərtəbədə 1 otaq və dəhlizin pəncərə çərçivələri, tavanı dağılıb. Evin girişində yerləşən pilləkən qəfəsində lambirdən ibarət tavan yüksək temperaturdan 2 kv.m sahədə əriyib.

Hadisə nəticəsində 2 nəfər ev sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.