Bakıda evdə yanğın olub, 1 nəfər zəhərlənib

bakida-evde-yangin-olub-1-nefer-zeherlenib
Oxunma sayı: 880

Bakı şəhərinin Yasamal rayonunda evdə yanğın baş verib. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 43 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.