Bakıda evdə yanğın olub

bakida-evde-yangin-olub
Oxunma sayı: 996

Bakı şəhərində yanğın hadisəsi baş verib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin bir otağında çarpayı, 4 m² sahədə döşəmə və məişət tullantıları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.