Bakıda evdən 35 minlik qızıl əşyası oğurlayıb

bakida-evden-35-minlik-qizil-esyasi-ogurlayib
Oxunma sayı: 1029

Bakıda silsilə oğurluqlar törədən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş Ozal Nuriyevin törətdiyi digər cinayət əməli müəyyən edilib.

Aparılan əməliyyat tədbirləri ilə onun 2016-cı ilin mart ayında rayon ərazisindəki evlərin birindən 300 ABŞ dolları və 35000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Murad Əhməd