Bakıda evdən külli miqdarda pul oğurlandı - 90 min Pakistan rupisi də

bakida-evden-kulli-miqdarda-pul-ogurlandi
Oxunma sayı: 2622

Bakıda evdən 3 valyutada pul və qızıl oğurlanıb. 

"Qafqazinfo"nun DİN-ə istinadən verdiyi xəbərə görə, Sabunçu rayon ərazisindəki evlərin birindən 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov saxlanılıb.

Murad Əhməd