Bakıda evə maskalı şəxslər basqın ediblər

bakida-eve-maskali-sexsler-basqin-edibler
Oxunma sayı: 2271

Bakının Sabunçu rayonunda evə basqın edərək quldurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb etdib. İstədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. 

Hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıb. Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Murad Əhməd