Bakıda evin uçması ilə bağlı- - Rəsmi məlumat

bakida-evin-ucmasi-ile-bagli-
Oxunma sayı: 1581


“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, fərdi yaşayış evinin qonaq otağının tavanı uçub, 1997-ci il təvəllüdlü şəxs yataq otağında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə otağın pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək içəri daxil olub, həmin şəxsin xilas olunmasını təmin  ediblər.