Bakıda faciə - Özünü 10-cu mərtəbədən atdı

bakida-facie
Oxunma sayı: 1885

Bakıda intihar hadisəsi baş verib. 

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Musayev Həzrət Əsədulla oğlu Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383-də 49 saylı binanın 10-cu mərtəbəsindən, 154 saylı mənzildən özünü atıb. H.Musayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Fakla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.