Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda fəhlə faciəvi şəkildə öldü
Oxunma sayı: 1877

Bakıda yeni tikilən binada ölümlə nəticələnən hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Səbail rayonu, Neftçi Qurban küçəsində tikilməkdə olan hündürmərtəbəli binanın həyətində tikinti işləri görülən zaman yük avtomobili arxaya sürülərkən işçilərdən biri maşının altında qalaraq vəfat edib.

Hadisə təxminən 1 saat əvvəl baş verib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi