Bakıda gəlin itkin düşüb

bakida-gelin-itkin-dusub
Oxunma sayı: 2151

Paytaxtın Binəqədi rayonunda 26 yaşlı gəlin itkin düşüb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37-də yerləşən DSK 3-də yaşayan, 1988-ci il təvəllüdlü Əlzamin Əlyar oğlu Əmənov polisə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib.

Məlumata görə, noyabrın 19-da saat 15:00-da onunla birlikdə eyni ünvanda yaşayan həyat yoldaşı, 1992-ci il təvəllüdlü Günel Ceyhun qızı Mirzəyeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.