Bakıda gəmi yandı

bakida-gemi-yandi
Oxunma sayı: 632

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə,

Bakı şəhəri, Səbail rayonunda istismara yararsız kəsilməkdə olan ümumi sahəsi 4125 kv.m olan "Siyəzən" dalğıc gəmisinin göyərtəsində yerləşən kayutların yanar konstruksiyaları 230 kv.m sahədə yanıb.

Gəminin qalan hissəsi, gəminin göyərtəsində olan 40 ədəd oksigen və propan balonları yanğından mühafizə olunub.

Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, əgər yanğın balonların olduğu hissəyə keçsə idi, yanğın dəhşətli partlayışa və daha böyük fəlakətə səbəb ola bilərdi.