Bakıda gənc müəllimədən yenilik - 50 qəpiyə fransız dilini öyrədir+ Video

bakida-genc-muellimeden-yenilik
Oxunma sayı: 4410

Bakıda bir müəllimə 50 qəpiyə fransız dilini öyrədir.

“Qafqazinfo”nun “Xezerxeber”ə istinadən verdiyi məlumata görə, Aysel Novruz adlı fransız dili müəlliməsi maraqlı təşəbbüslə çıxış edib.

32 yaşlı qadın Feysbuk sosial şəbəkəsindəki izləyicilərinə fransız dilini öyrətmək qərarına gəlib. O, virtual dostlarına öz minnətdarlığını bildirmək üçün belə bir addımı atdığını deyir.

Təhsilini Fransada alan qadın ona kömək edənlərlə yanaşı 15 mindən çox izləyicisinə də 50 qəpiyə dil öyrətmək qərarına gəlib. O, xidmət qarşılığında alacağı qəpiyi isə simvolik olaraq seçib.

A. Novruz dərslərin adi günlərdə olduğu kimi həftədə 2 gün olacağını, dərs saatının isə digərlərindən fərqlənməyəcəyini söyləyir.

Qeyd edək ki, adambaşına 50 qəpiyə yalnız 1 ay ərzində fransızca öyrənmək mümkündür.

10 ildən çox Fransada yaşayan qadın Feysbuk dostlarına sonradan da qiymət baxımından güzəşt ediləcəyini deyir.